46 yaşlı kişi ehtiyatsızlıq etdi, öldü

46-yasli-kisi-ehtiyatsizliq-etdi-oldu
Oxunma sayı: 1623

Tovuzda 46 yaşlı kişi ehtiyatsızlıq nəticəsində yıxılaraq ölüb. “Qafqazinfo”nun verdiyi məlumata görə rayon sakini, 1973-cü il təvəllüdlü Yusif Tağıyev üçtəkərli motosikletə yüklənmiş yükün üzərində oturarkən yerə yıxılıb. 

Ağır kəllə-beyin travması alan Y. Tağıyev xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli