460 abonentin qaz verilişi dayandırıldı

460-abonentin-qaz-verilisi-dayandirildi
Oxunma sayı: 2228

Ağcabədi rayonunun Muğanlı kəndində toy karvanında olan avtomobillərdən biri yoldan çıxaraq qaz tənzimləyici şkafa çırpılıb.

“Azəriqaz” İB-dən “Qafqazinfo”ya verilən məlumata görə, qəza nəticəsində avadanlıq sıradan çıxıb. Saat 12:40-dan təqribən 340 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

Bundan başqa, İmişli rayonunun Qaradonlu kəndində qəza törədən "Mersedes" markalı avtomobillə diametri 108 mm olan orta təzyiqli, yerüstü qaz xəttini zədələyiblər. Hazırda Qaradonlu kəndində 120 abonentə qazın verilişi müvəqqəti olaraq dayandırılıb və təmir işlərinə başlanılıb.