47 gün əsirlikdə qalan Xocalı sakini vəfat etdi - Foto

47-gun-esirlikde-qalan-xocali-sakini-vefat-etdi
Oxunma sayı: 3111

Birinci Qarabağ müharibəsi zamanı 47 gün erməni əsirliyində qalan Qənahət Məhəmmədəli oğlu Hacıyev dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, o, xəstəlik səbəsindən vəfat edib.

Qeyd edək ki, Q.Hacıyev 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələrinin törətdiyi Xocalı soyqırımı zamanı əsir düşmüşdü. Daha sonra o, erməni əsirlə dəyişdirilmişdi.

Qənahət Hacıyev müsahibələrinin birində əsirlikdə qaldığı 47 gün ərzində 65 kiloqram arıqladığını bildirmişdi.