47 nəfərə zərər vuran şəxslər hakim qarşısında

47-nefere-zerer-vuran-sexsler-hakim-qarsisinda
Oxunma sayı: 847

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir mənzili bir neçə şəxsə satmaqla dələduzluq etməkdə təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri – Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə baxış iclası başlayıb.

Prokuror ittiham aktını elan edib. A.Məmmədov və R.Quluzadə özlərini qismən təqsirli biliblər, digərləri isə günahsız olduqlarını deyiblər.

Proses mayın 25-də davam etdiriləcək. 

İttihama görə, 47 nəfər zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.

Qeyd edək ki, "Xudafərin" MMC-yə "AMAY Abdulla" ləqəbi ilə tanınan Abdulla Abdullayev rəhbərlik edib. 

Murad Əhməd