47 yaşlı kişi Kürə düşdü

47-yasli-kisi-kure-dusdu
Oxunma sayı: 1017

47 yaşlı kişinin Kür çayına düşdüyü ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, quruma Sabirabad rayonunun Poladtuğay kəndində, Kür çayına düşdüyü ehtimal olunan 1963-ci il təvəllüdlü Aslanov Cəmaləddin Zöhrab oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Əlavə məlumat veriləcək.