“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda baş verib.
Həsənov Ələmdar Lətif oğlu idarə etdi “50 CR 244” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşınla Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Lətifov Orduxan Murad oğlunu vurub.
Piyada aldığı bədən xəsarətlərindən elə hadisə yerindəcə keçinib. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya yolun işıqlı olmaması və yüksək sürət səbəb olub.
Bədbəxt hadisənin qurbanı olan 47 yaşlı Orduxan Lətifovun cəsədi ətrafdakıların köməyi ilə maşına qoyularaq Sabunçu rayon morquna aparılıb. Hadisəni törətmiş “Mercedes”in sürücüsü Ələmdar Həsənov isə saxlanılaraq polis idarəsinə aparılıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər