47 yaşlı Penelopa Krus... - Fotolar

47-yasli-penelopa-krus
Oxunma sayı: 10397

47 yaşlı ispan aktrisa Penelopa Krus “Variety” jurnalının yeni nömrəsinin qəhrəmanı olub.

“Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, o, fotosessiya etdirib və nəşrin müxbirinə müsahibə verib. Krus kinodakı işi və şəxsi həyatından danışıb.

Venesiya kinofestivalında “Paralel analar” filmindəki işinə görə “Ən yaxşı qadın rolu” nominasiyasında mükafat alan aktrisa etiraf edib ki, həm onun, həm də həyat yoldaşı üçün prioritet məsələ uşaqlardır – 10 yaşlı Leonardo və 8 yaşlı Leo.  

Koronavirus pandemiyası Krusa həyatına və işinə başqa cür baxmağa kömək edib. İndi o, bütün diqqətini kiçik filmlərin yaradılmasına yönəldib. Buna baxmayaraq, Krus Hollivudla ayrılmağa tələsmir və hazırda “Kod 355” filmində çəkilir. Həmin ekran işində Cessika Çesteyn, Lüpita Nionqo, Diana Krüqer və digər ulduzlar da iştirak edir.