“Qafqazinfo” SOCAR-a istinadən xəbər verir ki, Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 3 nömrəli dərin dəniz özülündən 122 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Quyu məhsuldar qatın IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2756-2726 metr intervaldan gündəlik 48 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
Son xəbərlər
Son Xəbərlər