Gəncədə piyadanı maşın vurub.
"Qafqazinfo"nun verdiyi məlumata görə, şəhər sakini 1971-ci il təvəllüdlü Muradov Hikmət Məhəmmədəli oğlu Atatürk prospektində yolu keçən zaman avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər