48 yaşlı kişinin meyiti evində tapıldı

48-yasli-kisinin-meyiti-evinde-tapildi
Oxunma sayı: 1992

Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Pitikov  Andrey Aleksandroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.