48 yaşlı qadın intihar etdi

48-yasli-qadin-intihar-etdi
Oxunma sayı: 2606

Zaqatala rayonunda 48 yaşlı qadın intihar edib.

“Qafqazinfo” xəbər verir ki, intihar hadisəsi rayonun Əliabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1974-cü il təvəllüdlü Vahabova Gülbəniz Ramazan qızının meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətindəki köməkçi tikilidən asılı vəziyyətdə aşkarlanıb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Mübariz Muradov