Çinin Hubey əyalətində koronavirusa yoluxanların sayı 48,2 minə çatıb, 3441 nəfər xəstəxanlardan evə buraxılıb, 1310 nəfər dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Regional Səhiyyə Komitəsi məlumat verib.
Əyalətdə 14840 yeni yoluxma faktı təsdiqlənib. Xəstəxanlarda 33 mindən çox insan müalicə olunur. Onlardan 5647-si ağır vəziyyətdədir.
Son xəbərlər
Son Xəbərlər