49 illik sultan öldü, yerinə nazir gəldi - Yenilənib

49-illik-sultan-oldu-yerine-nazir-geldi
Oxunma sayı: 3675

Xəbər verdiyimiz kimi, Oman sultanı Qabus bin Səid Əl Səid 79 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. 

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Sultanın vəfatı səbəbindən ölkədə 3 günlük matəm elan edilib.

Bundan başqa, ölkə qanunvericiliyinə əsasən, həmin üç gün müddətində ailə yeni bir sultanı müəyyən edərək ictimaiyyətə təqdim etməlidir. Ancaq Qabus bin Səid Əl Səidin özündən sonra taxta varis təyin etməməsi məsələni bir qədər qəlizləşdirib.

Bu 3 gündə sultan ailəsi ortaq bir qərar verə bilmədiyi təqdirdə Milli Təhlükəsizlik Şurası, Ali Məhkəmənin sədri, Məsləhət Şurasının iki qanadının başçıları taxt üçün təklif edilən adın olduğu zərfi açacaq və həmin şəxs ölkəyə rəhbərlik edəcək.

Qeyd edək ki, Sultan Qabus 1940-cı ildə Oman Sultanı Səid bin Teymurun ilk və yeganə oğlu olaraq dünyaya gəlib. O, 49 il (1970-ci ilin 9 avqustundan) Omana rəhbərlik edib.

***

“TASS” agentliyi xəbər verir ki, Omanın Mədəniyyət və Milli Dəyərlər naziri Haysam ben Tarek Əl Səid bu ölkənin yeni sultanı olub. Bildirilir ki, Oman Ali Təhlükəsizlik Şurasının müvafiq açıqlaması bu gün Sultanlığın dövlət televiziyasında elan edilib.

Məlumata görə, Haysam ben Tarek Əl Səidin Oman Məclisi önündə andiçmə mərasimi olub.