49 yaşlı kişini ilan çaldı

49-yasli-kisini-ilan-caldi
Oxunma sayı: 789

Şəmkir rayon sakinini ilan sancıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayonun Bayramlı kənd sakini, 1968-ci il təvəllüdlü Cəfərov Həsrət ilanvurma əlaməti ilə rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. H. Cəfərov bildirib ki, o əkin sahəsini suvaran zaman ilan onun ayağından sancıb.