493 azərbaycanlı Gürcüstana buraxılmayıb

493-azerbaycanli-gurcustana-buraxilmayib
Oxunma sayı: 922

Cari ilin ilk üç ayında 6 min 400 əcnəbi Gürcüstana buraxılmayıb.

“Qafqazinfo”nun Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən xəbərinə görə, siyahıda ən çox İran (3 min turist), Hindistan (1200 turist) və Azərbaycan (493 turist) liderlik edir.

Bundan başqa, Misir, Türkiyə, Pakistan, Nepal, İraq, Haiti, Banqladeş vətəndaşları da Gürcüstana buraxılmayan turistlər sırasındadır.