“4S” şirkəti Orduya belə dəstək oldu

4s-sirketi-orduya-bele-destek-oldu
Oxunma sayı: 1582

Azərbaycanın aqrar sahədə ixtisaslaşmış kənd təssərüfatı texnikalarını təklif edən “4S” şirkətinin kollektivi Silahlı Qüvvələrin Yardım Fonduna 25 000 AZN köçürüb.

Bununla paralel olaraq sentyabrn 27-dən etibarən gündəlik olaraq döyüşlərin aktiv getdiyi bölgəyə İvanovka çörək zavodunda istehsal edilən yüksəl kalorili çörək, eyni zamanda dərman, yağmurluq və isti geyimlər, gigiyena vasitələri, gec xarab olan qida məhsulları və sairə tələb olunan ləvazimatların gündəlik göndərilməsini təşkil edir. Eyni zamanda şirkət bütün texniki parkını silahlı qüvvələrin istifadəsinə təqdim edir.

“4S” şirkəti artıq Almaniyanın kənd təssərüfatı sahəsində ixtisaslaşmış ekspertlərinin iştirakı ilə işğaldan azad edilmiş vətən torpaqlarının əkinə hazırlılığı sahəsində layihələrin müzakirəsinə start verib. Böyük qürur hissi ilə, işğaldan azad edilmiş ərazilərdə müasir aqrar sektorun qurulması üçün  şirkət bütün texniki və resurları ilə aktiv rol oynayacaq.

Qarabağ Azərbaycandır! Qələbə Bizimlədir!