5 ay öncə itkin düşən kişi axtarılır - Foto

5-ay-once-itkin-dusen-kisi-axtarilir
Oxunma sayı: 1931

Salyan rayonunda 5 ay öncə itkin düşən kişi axtarılır.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Kolanı kənd sakini, 38 yaşlı Müslüm Xəlilov 2021-ci ilin sentyabr ayının 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Müslüm Xəlilovun əlamətləri belədir: boyu 174 sm., arıq bədən quruluşlu, saçlarının rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.