“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, 5-ci dəfə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Eldəniz Vəliyev Şəkər oğlu ilk 4 cinayətini etiraf etsə də, beşincidən xəbəri olmadığını deyib: “Mən 1994, 1995, 2007 və 2008-ci illərdə həbs olunmuşam. Dördündə də 177-ci maddə olub. 2008-ci ildə 2 il 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilmişəm".
E.Vəliyev 2011- i ildə də cinayət törətsə də, rayon məhkəməsi bu işə baxmayıb. 2014-cü ildə törətdiyi oğurluq işi məhkəməyə göndərilib. E.Vəliyev isə həmin il heç bir oğurluq etmədiyini deyib: "Mən 2008-ci ildəki həbsimlə bağlı zərərçəkənə dəyən ziyanı hər ay ödəyirəm, hələ tam ödənməyib. Amma bu oğurluqdan vallah xəbərim yoxdu. Xahiş edirəm, araşdırın, ortaya çıxsın. Məni mart ayında tutub apardılar 13-cü bölməyə, orada 3 gün döydülər. Buyurun, şəkilləri də sizə təqdim edirəm. Tibbi ekspertiza tələb etdim, rədd etdilər. Sonra bölmədən qaçdım, dözə bilmədim. Bir gün sonra qayıdıb ifadə verdim. Oğurluq hadisəsi olan vaxt mən Lənkəranda psixi problemlərimlə bağlı müalicə alırdım. Həmin vaxt mobil telefon da işlədirdim. Bununla yerimi müəyyən edə bilərsiz".
Hakimlər kollegiyası işgəncə ilə bağlı fotoların və mobil telefonun araşdırılacağını bildiriblər. Məhkəmənin növbəti iclası iyunun 10-a təyin olunub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər