5-ci mərtəbədən yıxılan qadının həkimindən- - Açıqlama

5-ci-mertebeden-yixilan-qadinin-hekiminden-
Oxunma sayı: 5126


“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, ilk olaraq özəl klinikalardan birinə aparılan 28 yaşlı Lalə Bayramova sonra 3 saylı Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Yaxınlarının istəyilə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb. 

Huşu özünə gələn Lalə Baramovanın vəziyyəti ağır qiymətləndirilir.

Həkim Ədalət Abdullayev xəstəxənaya daxil olan kimi Lalənin nervocərrahın baxışından keçəndən sonra Travmatologiya şöbəsinə yerləşdirildiyini deyir. O xəstənin sol bazu sümüyünün, körpücük sümüyünün, 11-ci döş fəqərəsinin və 3-cü bel fəqərəsinin sındığını bildirdi. Xəstənin vəziyyətinin ağır-stabil olaraq qalır.