5 dəqiqə artırıldı, 9-cu dəqiqədə qol buraxdıq - Video

5-deqiqe-artirildi-9-cu-deqiqede-qol-buraxdiq
Oxunma sayı: 1998

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 21 yaşadək futbolçulardan ibarət milli komandamız növbəti oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, komandamız səfərdə İrlandiya ilə qarşılaşıb.

Matçın taleyini 1 qol həll edib. Əsas vaxta 5 dəqiqə artırılsa da, oyun 9 dəqiqə əlavə davam edib. Məhz 99-cu dəqiqədə İrlandiya millisi qol vuraraq matçdan qalib ayrılıb.

Qeyd edək ki, Azərbaycan U21 qrupda 1 xalla sonuncu pillədə qərarlaşıb.

İrlandiya – Azərbaycan - 1:0

Qol: Svini, 90+9