“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, fəhlələr körpü üzərində qaynaq işləri apararkən dəmir pilləkən anidən qırılıb.
Nəticədə 5 fəhlə 10 metr hündürlükdən yerə düşüb.
Hadisə nəticəsində xəsarət alan Mansurov Yaşar Musa oğlu, Rüstəmov Talıb Rəcəb oğlu və Əmiraslanov Elxan Ağstafa, Tağıyev Çingiz Ənvər oğlu və Hüseynov Elxan isə Qazax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlar müxtəlif bədən xəsarətləri alıblar.
Qeyd edək ki, dəmiryolu körpüsündən xaricə yük və sərnişin daşınması üçün istifadə olunur.
Son xəbərlər
Son Xəbərlər