5 gün sonra yenidən reanimasiyaya yerləşdirildi

5-gun-sonra-yeniden-reanimasiyaya-yerlesdirildi
Oxunma sayı: 1670

Məşhur aktyor-aparıcı Mehmet Ali Erbil yenidən reanimasiyaya yerləşdirilib.  “Qafqazinfo” xəbər verir ki, bir qədər səhhəti qaydasına düşən və normal otaqda müalicəsi davam etdirilən aktyorun vəziyyəti anidən pisləşib.  O, beş gün sonra yenidən süni nəfəs aparatına qoşulub. 

Hətta aktyorun qızı Sezin Erbil instaqramda paylaşım edərək atasının 77 gündür xəstəxanada olduğunu qeyd edib.  O, atasının səhhətinin tez-tez dəyişdiyini bildirib.