5 hektar sahədə yabanı bitmiş çətənə yandırıldı - Foto

5-hektar-sahede-yabani-bitmis-cetene-yandirildi
Oxunma sayı: 846

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Öyrət kəndi ərazisində vətəndaşa məxsus 5 hektar sahənin müxtəlif yerlərində 200 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Həmin narkotik bitkilər yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.