“5 il əvvəlki ilə indiki Azərbaycan arasında fərq var” - Beyl

5-il-evvelki-ile-indiki-azerbaycan-arasinda-ferq-var
Oxunma sayı: 1511

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Uels yığmasının lideri Qaret Beyl qarşılaşmadan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu yığmamızda inkişaf hiss olunduğunu vurğulayıb.

- Aaron Remsinin milliyə dönməsinə münasibətiniz necədi?

- Remsinin yenidən heyətdə olması çox gözəldi. Bu, sevindirici haldı. O, “Yuventus” kimi böyük klubda çıxış edir. Belə davam etsə, orda möhkəmlənəcək.

- Özünüzü necə hiss edirsiniz?

- Özümü əla hiss edirəm. Ümid edirəm ki, bu cür də davam edərəm.

- Uzun illərdi xarici klublarda oynayırsınız. Yəqin ki, yığmanın oyunu zamanı evə qayıdanda sevinirsiniz...

- Milli komandada oynamaq həmişə şərəfdi. Yığmada oynamaq hər zaman xoşdu.

- Azərbaycan millisi barədə təəssüratlarınız necədi? 

- Azərbaycan yığmasının oyunlarını izlədikdə inkişaf görmək olar. Beş il əvvəlki ilə indiki Azərbaycan arasında fərq görürəm. Bu komanda daim inkişafdadı.