Sızan bağırsaq sindromu (LGS) səbəbi ilə “Sefirin kızı” serialından ayrılan aktrisa Neslihan Atagül kamera qarşısına çıxıb.
“Qafqazinfo” xəbər verir ki, aktyor həyat yoldaşı Kadir Doğulu ilə görüntülənən aktrisa səhhətindən danışıb.
“Gördüyünüz kimi yaxşı oluram, iki addım atan kimi yoruluram. Ən azından bu cür sosial həyata qarışmağa başladım. 5 kq çəki atmışam. Orqanizmim ağır serial çəkilişlərinə tab gətirə bilmədi. Bu səbəbdən ayrıldım”, -deyə N. Atagül bildirib.
O, müxbirlərin “Tuba Büyüküstün sizdən sonra seriala daxil oldu, nə demək istərdiniz?”,- sualına “uğurlar uşaqlar, heç nə deməyəcəyəm. Marağınız üçün təşəkkür edirəm”,- deyərək məkandan uzaqlaşıb.
Son xəbərlər
Son Xəbərlər