Şəkidə zəncirvari yol qəzası baş verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Qafqazinfo"ya bildirib ki, hadisə bu gün səhər saat 09:35 radələrində 5 avtomobilin iştirakı ilə baş verib:
"Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir".
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər