“5 minlik ayaqqabı geyinməklə…” - Faiq tənqid etdi

5-minlik-ayaqqabi-geyinmekle
Oxunma sayı: 2821

Xalq artisti Faiq Ağayev “Açıq pəncərə” proqramının qonağı olub.  “Qafqazinfo” xəbər ki, müğənni verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb.  

O, kasıblığın yalnız mənəvi cəhətdən ola biləcəyini deyib: “İnsan var ki, ev alıb, divar kağızlarını belə vurdurmayıb. O gedərək özünə 2 metrlik televizor alıb. Tanıdığım bir adamın tanışıdır. Evinin döşəməsi belə yoxdur! Həyat yoldaşının, özünün geyimi var, buna pul xərcləmir,  özünə borca televizor alır. İnsan yalnız mənəvi cəhətdən kasıb ola bilər.  

Müğənnilər üçün də eynidir. Deyir ki, ayaqqabımın qiyməti 5 min avrodur. Sən o ayaqqabını geyinməklə Luçano Pavarotti, Madonna, Şövkət Ələkbərova oldun? Sən axı qiraətçisən, oxumağı da bacarmırsan”.