“5 müəllimdən biri riyaziyyatdan nəticə göstərə bilməyib”

5-muellimden-biri-riyaziyyatdan-netice-gostere-bilmeyib
Oxunma sayı: 2588

“Bəzi rayonlarda hər beş müəllimdən biri riyaziyyat fənni üzrə sertifikatlaşdırılması prosesində nəticə göstərə bilməyib”​.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib. 

Nazir bildirib ki, ümumilikdə 40 % müəllim bu fənn üzrə yüksək nəticə göstərib:

“Suallar həmişə standartlara uyğun yazılır. Amma hələ də hazırlığa ehtiyacı olan müəllimlər var”.