Rusiyanın Tula vilayətində beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzasının videosu yayımlanıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, görüntülərdə furqonun Fövqəladə Hallar Nazirliyinin hərəkətdə olmayan avtomobilinə çırpılması açıq-aşkar görünür.
Qəza bazar ertəsi Venevsk rayonunun ərazisində qeydə alınıb. Xəsarət alan beş nəfərdən ikisi reanimasiyadadır.
Son xəbərlər
Son Xəbərlər