“5 nəfərlə “Eurovision”a gedərəm, bütün dünya dəyər bir-birinə” - Video

5-neferle-eurovisiona-gederem-butun-dunya-deyer-bir-birine
Oxunma sayı: 5207

““Eurovision”a getmək istəyərəm. Orada beş nəfərlik qrupla çıxış edərəm, dünya bir-birinə dəyər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Elgizlə izlə" verilişində deyib. 

Aparıcının "Siz də istəyərdiniz “Eurovision” səhnəsində oxumaq?” sualına ifaçı belə cavab verib: "Mən bayrağımızı, dövlətimin səsini ucaltmaq üçün hər şey edərəm. Özümdə o potensialı görürəm. "Avroviziya"ya getmək istəyərəm. Orada beş nəfərlik qrupla çıxış edərəm, dünya bir-birinə dəyər. Birdən deyərlər ki, davul, sazla, zurna ilə oxuyacaqsan? Bəli...

Gedib dünyanın ən məşhur mahnısını oxuyaram və qəbul etdirərəm: ingilis, alman, özbək.... Sübut edərəm hər kəsə. Bunu bir dəqiqədə qurdum. Hərəsini ayrı-ayrı xalqların geyimində təmsil edərəm. Biz hazırlaşanda hansı mahnı keyfiyətli alınsa, onu ifa edərəm. Tək oxumaq deyil, gərək yaxşı oxuyasan".