5 otaqlı ev külə döndü- - Abşeronda güclü yanğın

5-otaqli-ev-kule-dondu-
Oxunma sayı: 1140


“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, yanğın rayonun Fatmayı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. 

Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.