5 otaqlı ev yandı

5-otaqli-ev-yandi-
Oxunma sayı: 685

Şəmkir rayonu, Morul kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 72 kv.m sahədə yanıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alovun saat 15:11-də yanğınsöndürənlər tərəfindən söndürüldüyü bildirilir.