Şəmkir şəhərində yanğın baş verib.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, rayon ərazisində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyası və ev əşyaları yanıb.
Evin dam örtüyü yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər