5 qadın nazir təyin edildi

5-qadin-nazir-teyin-edildi
Oxunma sayı: 1679


“Qafqazinfo” AzadlıqRadiosuna istinadən bildirir ki, nazirlər kabinetində hazırda 13 kişi və  5 qadın var.

Yaponiyada parlament üzvlərinin 10 faizi, Yaponiya şirkətlərinin idarə heyətlərinin isə cəmi 3,9 faizi qadınlardır.

Müqayisə üçün, ABŞ-da şirkətlərin rəhbərliklərində qadınlar 12 faizdir. Fransada isə bu, daha çoxdur - 18 faiz.

Yaponiyanın baş naziri Abe 2020-ci ilə gender məsələsində hədəf də qoyub- özəl və dövlət sektorunda rəhbərlikdə qadınlar azı 30 faiz təşkil etməlidir.

Yaponiya Qlobal Gender Fərqi hesabatında dünyada 105-ci yerdədir.