Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 5 qızıl medal qazanan atıcı Ruslan Lunyovun Almaniyada keçirilən yarışda 11-ci yer tutması müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, bu məsələni Gənclər və İdman naziri Azad Rəhimov şərh edib. O, düşünür ki, Lunyov sözügedən Dünya Kubokunda yaxşı nəticə göstərib:
“Çünki bu yarış 3 gün ərzində ortaya çıxdı və o, Münhenə yollandı. 54 ölkə arasında 11-ci olmaq yaxşı nəticədir. Sonuncu yarışa çıxmamasına gəlincə, kifayət qədər yorğun idi”.
Çingiz Hüseynzadə də eyni suala cavab verib: “Məncə, bu qədər mükafatdan sonra Ruslan Lunyovun yarışa qatılması özü böyük şey idi”.