5 ton kartof oğurladılar

5-ton-kartof-ogurladilar
Oxunma sayı: 1619

Tovuz rayonunda oğurluq edən şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, 2020-ci ilin dekabr ayında rayonun Əyyublu kəndi ərazisində kənd sakini E.Əkbərova məxsus anbardan 2000 manat dəyərində 5 ton kartof oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Y.Əliyev və Şamaxı rayon sakini R.Mehdiyev saxlanılıblar.