“5 yaşa qədər uşaqların maska taxması tələb olunmur”

5-yasa-qeder-usaqlarin-maska-taxmasi-teleb-olunmur
Oxunma sayı: 1272

“Ümumdünya Səhiyyə Təşkilatının uşaqların maskadan istifadəsiylə bağlı göstərişləri var. 5 yaşa qədər uşaqların maska taxması tələb olunmur”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı bildirib. 

O qeyd edib ki, maskadan düzgün istifadə edilmirsə, o nəinki virusdan qorumur, əksinə infeksiya mənbəyinə çevrilir: 

“Əgər əlimizi maskanın ön tərəfinə vurub sonra isə əlimizi üzümüzə, ağzımıza, gözümüzə vuracağıqsa, bu yoluxma üçün çox böyük şəraitdir. Uşaq kontingentinə də bunu izah etmək olmur. Lakin 6-11 yaş qrupunda olan uşaqlara bunu izah edərək maskadan düzgün istifadəni müəyyən qədər təmin etmək olar. Yenə qeyd etmək lazımdır ki, maska o vaxt effektiv olur ki, ondan düzgün istifadə olunsun”. 

Gülnar Əliyeva