"6 yaşında uşaq əməliyyat gecikdirildiyi üçün xayasının birini itirdi. Gecikməyə səbəb isə təqribi eynidir: Kənardan eşidilən yanlış fikirlər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Uşaq Cərrahiyyəsi ve Urologiyası Uzmanı, Op.Dr.Fuad Hüseynov sosial şəbəkədə yazıb. Həkim qeyd ki, buna bənzər hadisələrlə tez-tez qarşılaşdığı üçün yazmağı özünə borc bilib:
“Uşaq valideynləri tərədindən sol xayası yerində deyil deyə müayinəyə gətirildi. Vaxtında müraciət edilsəydi, xayanı qorumaq mümkün olacaqdı. Ancaq artıq çox gec idi. Keçən 5 il ərzində xaya istinin təsirindən məhv olub.
Bəs vaxtı nə vaxtdır?
Əgər xaya xayalığa düşməyibsə, artıq 1 yaşında cərrahi əməliyyat olunmalı idi”.
Həkimin sözlərinə görə, valideynlər həkimə müraciət etməkdənsə, kanardan eşitdiklərinə inanmağı seçirlər:
“Hər gün eşitdiyimiz müxtəlif nağıl və yanlış fikirlər isə belədir:
- Xayanı endirmək məqsədilə hormon müalicəsi olunur.
- 3 və ya 5 yaşına qədər gözləmək lazımdır.
- İsti vanna qəbul olunmalıdır.
- Gəzəndə düşəcək və s.
Orqan itkisi olduğu üçün hər dəfə də eyni üzüntünü yaşayırıq”.

Son xəbərlər
Son Xəbərlər