5 yaşlı azərbaycanlı beynəlxalq turnirin qalibi oldu

5-yasli-azerbaycanli-beynelxalq-turnirin-qalibi-oldu
Oxunma sayı: 1779

5 yaşlı azərbaycanlı Mina Abbasova Budapeştdə keçirilən Bədii gimnastika üzrə Bahar beynəlxalq turnirinin qalibi olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, turnirdə Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Çexiya, Slovakiya, Almaniya, Bosniya- Hersoqovina, İzrail və başqa dövlətlərdən olan idmançılar iştirak edib.

3 ay bundan öncə isə Mina Abbasova Budapeşt birinciliyinin 2-si olub.

Qeyd edək ki, Mina Abbasova Budapeştdə yaşayan jurnalist- yazıçı Əzizə Lalayevanın övladıdır.