5 yaşlı qız çayda batdı

5-yasli-qiz-cayda-batdi
Oxunma sayı: 771

Göyçayda azyaşlı qız çayda batıb. "Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, quruma çayda batdığı ehtimal olunan 2012-ci il təvəllüdlü Kazımova Xədicə Azər qızının batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.
 
Əlavə məlumat veriləcəyi bildirilir.