5 yaşlı qızı maşın vurub öldürdü

5-yasli-qizi-masin-vurub-oldurdu
Oxunma sayı: 1650

Ağsu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza aprelin 14-də saat 17 radələrində qeydə alınıb.

Cəfərli kəndi ərazisində kənd sakini E.Qiyasov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi 5 yaşlı Gülər Əsədovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Ağsu RPŞ tərəfindən araşdırma aparılır.