5 yaşlı uşağı maşın vurdu – - Sürücü qaçdı

5-yasli-usagi-masin-vurdu-
Oxunma sayı: 780


“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, hadisəni törədən şəxs avtomobillə birgə ərazidən uzaqlaşıb.

Qəza iyulun 26-da saat 17 radələrində rayonun Sahil qəsəbəsində baş verib.

Müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini, 5 yaşlı Nuran Əli vurulub. Azyaşlı xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Murad Əhməd

“Qafqazinfo”