5 yaşlı uşağı maşın vurub öldürdü

5-yasli-usagi-masin-vurub-oldurdu
Oxunma sayı: 1572

Daşkəsəndə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib. 

"Qafqazinfo"nun verdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Qalib Əsgərov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Xoşbulaq kəndinə gedən yolla hərəkət edərkən yolu keçmək istəyən 5 yaşlı Amin Hüseynovu vurub. Azyaşlı sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli