50 dəqiqəlik həbs...

50-deqiqelik-hebs
Oxunma sayı: 1846

Böyük Britaniyanın vətəndaşı dünyada ən qısamüddətli həbs cəzasına məhkum edilib.

“Qafqazinfo” xəbər verir ki, Şimali Somerset əyalətinin Portişed şəhərinin sakini Şeyn Cenkins məhkəmə tərəfindən cəmi 50 dəqiqəlik həbs cəzası alıb.

Qeyd edək ki, 23 yaşlı gənc öz sevgilisinin evinin pəncərəsini süpürgə ilə sındırdıqdan sonra polis tərəfindən saxlanılıb. Bundan başqa, Cenkins onu yaxalamaq istəyən polislərə də hücum edib. Həmin vaxt onun alkoqol və narkotik maddələrin təsiri altında olduğu bildirilir. Müttəhim hakimin qarşısında peşman olduğunu bildirdikdən sonra iki məktub oxuyub və əməllərinə görə həm sevdiyi qızdan, həm də qanun keşikçilərindən üzr istəyib.

Hakim müttəhimin 50 dəqiqə həbs cəzası çəkməsi, habelə 80 saat islah işləri və reabilitasiya keçməsi barədə qərar çıxarıb.