“Qafqazinfo”nun məlumatına görə, foto müsabiqə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunub. Layihə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” fəaliyyət planı üzrə həyata keçirilən ilk layihədir.
Professional və təcrübəli jüri heyəti tərəfindən müasabiqə çərçivəsində çəkilmiş şəkillərdən 50 ən uğurlu şəkili seçilərək ictimayyətə təqdim olunub. Müsabiqənin məqsədi Gəncə şəhərini Avropada tanıtmaq, Avropa gəncləri iləyerli gənclər arasında əlaqə yaratmaq vəAvropalı gəncləri Azərbaycan mədəniyyəti ilə tanış etmək məqsədi daşıyır.
Qeyd edək ki, Beynəlxalq layihədə Litva, Rumınıya, Polşa, Çexya, Finlandiya, Ukrayna, Türkiyə, Gürcüstan, Monteneqro, Estoniya, Portuqaliya, Yunanıstan, Sloveniya, Serbiya, Macarıstan və Azərbaycandan 20 gənc iştirak edir.
Son xəbərlər
Son Xəbərlər