“50 faiz adam dinə inanırdısa, indi qoy 100 faiz inansın”

50-faiz-adam-dine-inanirdisa-indi-qoy-100-faiz-inansin
Oxunma sayı: 1797


“Qafqazinfo” xəbər verir ki, bu sözləri dini təkmillədirmə kurslarından danışarkən millət vəkili, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov deyib. O vurğulayıb ki, din xadimlərinin savadı artmalıdır: “Fikrim ondan ibarətdir ki, yerlərdə də gərək dini xadimləri savadlarını artırsın. İnsanlar arasında hərəkətlərinə elə yenilik gətirsin ki, məsələn bir kənddə 50% adam dinə inanırdısa, indi qoy 100% inansın. İndi dini cərəyanlar yaranıb ki bizi gözdən salmaq istəyirlər. Ona görə də camaat savadlanmalı, güclənməli və insanları ətrafımıza yığmalıyıq. Dini xadimlərin ayrıca geyimi, forması olmalıdır. Kursa gələn müdavimlərə uğur arzu edirəm və ümid edirəm ki imtahan verə biləcək və dinimizin təbliğində yüksək iş apara biləcək”.

Günel