50 il əvvəl itən qızı tapana yarım milyon mükafat veriləcək - Foto

50-il-evvel-iten-qizi-tapana-yarim-milyon-mukafat-verilecek
Oxunma sayı: 3143

Avstraliyanın Yeni Cənubi Uels hökuməti 50 il əvvəl itən qız uşağını tapana mükafat verəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu məbləğ 700 min Avstraliya dollarıdır (481 min dollar). Şeril-Qrimmer adlı qız 1970-ci ildə Vullonqonq şəhərinin yaxınlığındakı Fey-Medou çimərliyindən yoxa çıxıb. 3 yaşlı Şeril həmin vaxt çimərlikdə anası və 3 qardaşı ilə birlikdə olub. Şahidlərin sözlərinə görə, qızcığazı naməlum şəxs avtomobilinə doğru aparıb.

O vaxtdan Şeril haqda heç bir məlumat yoxdur.