50 ilə yaxın yaşı olan sirrin üstü açıldı

50-ile-yaxin-yasi-olan-sirrin-ustu-acildi
Oxunma sayı: 2075


”Qafqazinfo”nun “Lent.az”-a istinadən məlumatına görə, ötənlərin tanınmış hücumçusu “Sport-Ekspress”ə müsahibəsində 1966-cı il SSRİ çempionatının son turlarında “Neftçi”yə bilərəkdən uduzduqlarını bildirib.

 Xmelnitski deyib: “Bakılı futbolçular ilk “3-lüy”ə düşməyə can atırdılar. Biz bu addımı nəyə görə atdıq? Moskva medalsız qalsın deyə. İlk dəfə!”.

 O, “Neftçi”yə uduzmaları qarşılığında onların hərəsinə 1500 rubl təklif olunduğuna dair şayiələri təkzib edib: “İnanın mənə, o vaxtlar pul heç nəyi həll etmirdi”.

 Qeyd edək ki, 1966-cı il SSRİ çempionatında Kiyev “Dinamo”su 56 xalla qızıl, Rostovun OİK komandası 47 xalla gümüş, “Neftçi” 45 xalla bürünc medal qazanıb. “Spartak” isə 32 xalla 4-cü yeri tutub. “Dinamo” – “Neftçi” matçı sona 1 tur qalmış – noyabrın 16-da baş tutub. Komandamız Kiyevdə 2:1 hesablı qələbə qazanıb. Ardından son 2 turda “Neftçi” Bakıda əvvəlcə Moskva MOİK-i ilə qolsuz heç-heçəyə, ardından “Spartak”la görüşdə 3:0 hesablı qələbəyə nail olub.