50 yaşında yeni klipini təqdim etdi - Video

50-yasinda-yeni-klipini-teqdim-etdi
Oxunma sayı: 3075

Xalq artisti Aygün Kazımova doğum günündə yeni layihəsini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, müğənni “Bu qadın” adlı klipini tamaşaçıların ixtiyarına verib.

Ekran işini Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb. 18 saatdan artıq davam edən çəkilişin 30-dan artıq heyət üzvü olub.

İstanbulda çətin hava şəraitinə baxmayaraq, Kazımova klip çəkilişini dayandırmayıb. O, 8 saat qarın altında qalıb.

Xalq artistinin imici üzərində modelyer Rüfət İsmayıl çalışıb. Klipdə əsgər sevgilisinə qovuşmayan xanımın həyat hekayəsindən bəhs olunur.

“Doğum günümdə təqdim etdiyim yeni layihəmi gözü yolda qalan, sevdiklərini, əzizlərini itirən, sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm. “Bu qadın” tək deyil: mən, sən, o, biz - hamımız həmin qadınların dərd ortağıyıq. Doğum günümdə də bütün duyğularımı onlarla bərabər yaşayıram”, - deyə sənətçi yeni ekran işi barəsində açıqlamasında bildirib.

 “Bu qadın” mahnısının sözləri və musiqisi Mc Murada məxsusdur.

Qeyd edək ki, sənətçinin bu gün 50 yaşı tamam olur.