50 yaşından sonra modelliyə son qoyur - Fotosessiya

50-yasindan-sonra-modelliye-son-qoyur
Oxunma sayı: 3848

Amerikalı supermodel Sindi Krouford 50 yaşı tamam olduqdan sonra model karyerasına son qoyacağını bildirib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, supermodelin 50 yaşı fevralın 20-də tamam olacaq.

Krouford “United Airlines' Rhapsod” jurnalına müsahibəsində deyib: “Əminəm ki, 10 il sonra da foto çəkdirəcəyəm, lakin artıq model kimi yox. Bura qədər gəldim, bəsimdir. Karyeram dövründə bütün əfsanəvi fotoqraflarla çalışmışam. Başqa nə etməliyəm? Özümə daha heç nəyi sübut etməməliyəm. Mən sadəcə bunu etmək istəmirəm”.